Əsrin müqaviləsi və Neft strategiyası
Answers
Answer:
Sabiq prezidenti Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır.
70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80–350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı. "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi. Məsələn, 1976-cı ildə "ELOU-AVT-6", 1980-ci ildə "Katalitik Riforminq", 1986-cı ildə "Neftin kokslaşdırılması", 1993-cü ildə "Katalitik Krekinq" qurğularının inşası, hələ sovet hakimiyyəti illərində onun rəhbərliyi ilə respublikamızda görülən digər işlər, yaradılan möhkəm təməl bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına imkan yaratmışdır.
Bu dövrdə Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrıldı, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olundu (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu).
"Yeni neft strategiyası"nın nailiyyətlərinin aşağdakı istiqamətlərdə reallaşdığını göstərmək olar:
1. Azərbaycanın, neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışın təmin edilməsi;
Bütövlükdə "Əsrin müqaviləsi"ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 26 neft sazişi imzalanmışdır.
Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur ki, bu da respublikamızın gələcək inkişafının əsl qarantıdır.
2. Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sisteminin yaradılması;
Hazırda hasil edilən neft dünya bazarlarına iki marşrut üzrə çıxarılır: Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk ə Gürcüstanın Supsa limanı vasitəsilə.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmış və sonradan isə Türkiyə, Azərbaycan və Gürcüstan Parlamentləri bu Müqaviləni ratifikasiya etmişlər. 2002-ci ilin sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu.
Xüsusilə tikintidə və yataqların işlənilməsində, qazımada və istismarda tətbiq olunan yeni texnika, texnologiya və avadanlıqlar neft sənayesinə pozitiv təsir göstərmişdir. Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Azəri yatağında 48 quyunun qazılmasına imkan verən nəhəng və əzəmətli dərin dəniz özülü tikilib qurtarmaq üzrədir. Texniki baxımdan dünya miqyasında ən iri terminallardan biri Səngəçal terminalıdır və burada genişləndirmə ilə əlaqədar çoxlu obyektlər tikilmişdir. Səngəçal terminalına Azəri yatağından gələn 186 km-lik 800 mm sualtı neft və 187 km-lik 720 mm sualtı qaz kəmərləri tikilmişdir. Azərbaycanda yuxarıda adları çəkilən nəhəng tikililərin aparılmasında, onların başa çatdırılmasında "Tekfen", "Azfen", "Makdermot" və s. müəssisələrin rolu böyükdür. Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərən xarici şirkətlərdə, firmalarda 17 mindən artıq Azərbaycan vətəndaşı işləyir. Bunlardan Azəri-Çıraq-Günəşlidə bilavasitə çalışanların sayı 9500 nəfər təşkil edir.
Mark as brainliest..